Ermənistanın “qan damarı” əsgərimizin əlində - Bütün yollar Bakıya gətirir...
"Gorus-Qafan yolunun əhəmiyyəti odur ki, Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tam blokada vəziyyətinə salındıqdan sonra İran düşmən ölkəni məhz bu yol vasitəsilə xilas edə bilib”.
Azia.az bildirir ki, bunu beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, əsas məsələ odur ki, qarşıdan qış gəlir və bu yol Ermənistanın enerji təchizatında "qan damarı” rolunu oynamaqdadır:
"İran - Ermənistan ticarət dövriyyəsi illik 400 milyon dollar civarındadır. Bu malların 18 faizi təbii qazdır. Ermənistan hakimiyyəti Gorus-Qafan yoluna alternativ 68 kilometrlik yolun çəkilişinə start verib. Lakin proses o qədər ləng gedir ki, başa çatacağına ümid qalmayıb. Üstəlik yolun 6 kilomterlik hissəsində TIR-ların hərəkəti mümkünsüz görünür”.
Ekspert bildirib ki, Ermənistanın üç əsas beynəlxalq yolu olsa da, üçü də Azərbaycanın nəzarətinə düşür:
"Biri qeyd edilən yoldur. Digəri Gürcüstanla əsas əlaqə yoludur ki, Qazaxın hazırda işğal altında olan kəndlərindən keçir. Sonuncu yol isə Mehri-İrəvan yoludur - o da Naxçıvanın işğal altında olan Kərki kəndindən keçir”.