"Şuşa AXCP və Müsavat cütlüyünün xainliyi nəticəsində ermənilərə verildi" — Deputat
“Hər bir yaşayış məskəninin tarixi mənsubluğu orada yaşayan xalqlarının mədəniyyət abidələri ilə ölçülür. Şuşa Azərbaycan şəhəridir. Bu qədim şəhərdə ermənilərə xas olan, o xalqın orada yaşamasını ifadə edən heç bir nişanə yoxdur. Məhz azərbaycanlıların əzəli şəhəri olduğu üçün işğaldan əvvəl də Şuşanın hansı hissəsinə baxsan, orada azərbaycanlıların tarixinin, milli mədəniyyətin, musiqisinin həkk olunduğunun şahidi olursan. Ona görə də, Şuşaya qayıdışımız mədəniyyətimizin qayıdışından başlanır”.
Bu fikirləri Azia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.