azia.az
azia.az

Zakir Həsənov “IDEF-2021” sərgisinin açılış mərasimində - FOTO

17-08-2021, 22:03

Zakir Həsənov “IDEF-2021” sərgisinin açılış mərasimində - FOTO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə avqustun 17-də İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində iştirak edib.

Müdafiə Nazirliyindən Azia.az-a verilən məlumata görə, nazir sərgidə müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesinin "ASELSAN", "ROKETSAN", "HAVELSAN", "ASPİLSAN" və bir sıra digər şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.

Görüşlərdə tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Zakir Həsənov “IDEF-2021” sərgisinin açılış mərasimində - FOTO
Zakir Həsənov “IDEF-2021” sərgisinin açılış mərasimində - FOTO
Zakir Həsənov “IDEF-2021” sərgisinin açılış mərasimində - FOTO
Zakir Həsənov “IDEF-2021” sərgisinin açılış mərasimində - FOTO
Zakir Həsənov “IDEF-2021” sərgisinin açılış mərasimində - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi