azia.az
azia.az

Gürcüstanın nazir müavini Azərbaycana təşəkkür etdi

17-03-2016, 16:56

Gürcüstanın nazir müavini Azərbaycana təşəkkür etdi Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun 1-ci iclasında iştirak məqsədilə Bakıda səfərdə olan həmin ölkənin mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini Levan Xaratişvili arasında görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ə.Qarayev tərəfindən iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun 1-ci iclasının uğurla keçirildiyini qeyd edilib. “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığa dair Proqramın imzalanması istiqamətində müvafiq işlərin aparılmasının əhəmiyyəti vurğulanıb.
Nazir Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Gürcüstanın Mədəni İrs üzrə Milli Agentliyi arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini L.Xaratişvili 1-8 dekabr 2013-cü il tarixində Bakıda keçirilmiş YUNESKO-nun Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci iclası zamanı Gürcüstanın “Qvevri – qədim gürcü ənənəvi şərab hazırlama üsulu”nun YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
Əbülfəs Qarayev həmçinin 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barəsində məlumat verdi və Gürcüstanın bu tədbirdə yüksək səviyyədə təmsil ediləcəyinə əminliyini ifadə edib.
Qonaqlar səfər çərçivəsində bir neçə muzey və tarixi abidəni ziyarət etdiklərini bildirərək, Bakı şəhərinin gözəlliyi və Azərbaycan xalqının qonaqpərvərliyinə heyran olduqlarını ifadə ediblər. Bununla yanaşı, səmimi qəbula və səfərin yüksək səviyyədə təşkilinə görə nazir Əbülfəs Qarayevə dərin təşəkkürlərini bildiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi