İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” qanunu təsdiq etdi
Azərbaycan Prezidenti İlham Əliyev "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa (həmin Qanunun 13-cü maddəsində göstərilmiş prinsip nəzərə alınmaqla) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Qanunun tətbiqi ilə bağlı digər dövlət qurumlarına da müvafiq tapşırıqlar verilib.