Allahşükür Paşazadənin qızı klinika açdı
Vergilər Nazirliyi "Zəhra Clinic" MMC-ni dövlət qeydiyyatına alıb.
APA xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 100 manatdır.
Klinikanın qanuni təmsilçisi Paşazadə Vəfa Allahşükür qızıdır.
MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, ev 13, mənzil 111-dir.
Qeyd edək ki, Vəfa Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızıdır.