azia.az
azia.az

Allahşükür Paşazadə: "Azərbaycan bütün dünyaya uğurlu ideyalar təqdim edən güclü dövlətə çevrilib"

12-04-2017, 10:24

Allahşükür Paşazadə: "Azərbaycan bütün dünyaya uğurlu ideyalar təqdim edən güclü dövlətə çevrilib"

Azərbaycan dünyada multikulturalizmin, tolerantlığın təşəkkül tapmasına, islam mədəniyyətinin təbliğinə töhfə verib.

azia.az Trend-ə istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə bu gün "İslam həmrəliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" adlı beynəlxalq konfransda deyib.

A.Paşazadə bildirib ki, Azərbaycanda müxtəlif dinin nümayəndələri dostluq şəraitində, dövlətin qayğısı ilə yaşayır:

"Dünyada terrorizm tüğyan etdiyi halda, Azərbaycan Prezidenti İlham Əliyev dünyada sülhün carçısı kimi çıxış edir. Azərbaycanda İslam həmrəyliyi ili elan edilməsi təkcə islam aləmində deyil, islam aləmi ilə digər dinlər arasında da harmoniyanı özündə ehtiva edir. Azərbaycan öz nümunəsində bütün dünyaya nümayiş etdirir ki, dini harmoniyaya əsaslanan cəmiyyət yaratmaq mümkündür və bu məfkurə yaşaya bilər. Azərbaycan bütün dünyaya uğurlu ideyalar təqdim edən güclü bir dövlətə çevrilib".

QMİ sədri deyib ki, Azərbaycanın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın ölkəmizdə və beynəlxalq müstəvidə geniş miqyaslı fəaliyyəti, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğlə yanaşı ümumbəşəri dəyərlərə diqqət və himayəsi Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsinə ali xidmətdir.

A.Paşazadə həmçinin qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində beynəlxalq səylər nəticə verməsə, Azərbaycan öz torpaqlarını hərbi yolla geri qaytarmağa hazırdır. Ötən ilin aprel zəfəri buna bariz nümunədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi