azia.az
azia.az

Deputatdan SOS: Hazır olun, yoluxma 20 mini keçəcək

20-10-2021, 15:51

Deputatdan SOS: Hazır olun, yoluxma 20 mini keçəcək
Əmin olun ki, payız mövsüm olaraq hər zaman virus xəstəlikləri və üst tənəffüs yolu infeksiyaları üçün təhlükə dönəmi olub.

Azia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov ARB-24-də yayımlanan "İş vaxtı" verilişində danışıb.

O əlavə edib ki, hazırda yoluxma ilə bağlı 2 min rəqəmləri yeni dalğa deyil:

"Bu rəqəmlər virusun təbii göstəricisidir. Bunu hər kəs nəsə adlandıra bilər. Dalğa dediyimiz var olan səviyyədən çox sürətli şəkildə yüksəlmələrdə müşahidə olunur. Bu da ortalama 3 həftə müddətində baş verir".

Deputat xəbərdarlıq edib ki, hazırda rəqəm 2 min ikən, noyabrın sonu və dekabrda daha yüksək, 15-20 minləri keçəcək rəqəmlərə hər bir ölkə hazır olmalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi