Azərbaycanda son gündə koronavirusa yoluxma görün neçə nəfərdir-Rəsmi məlumat
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 069 yeni yoluxma faktı qeydə alınıb, 1 180 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 391 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 345 783 nəfər müalicə olunaraq sağalıb, 5 308 nəfər vəfat edib. 40 415 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 476, bu günə qədər isə ümumilikdə 4 319 841 test icra olunub.