azia.az
azia.az

Pandemiya şəraitində evdə saxlanılmalı olan dərmanların ADLARI

8-12-2020, 13:39

"Ölkədə COVİD-lə bağlı vəziyyət çox pisdir. Dünən xəstəxanada əslində 7 reanimasiya yeri olduğu, sonradan ayrı-ayrı şöbələrdə təşkil etdiyimiz 30 xəstə oksigen-ə, CPAP-a qoşulu olduğu halda əlavə 20 xəstənin oksigenə ehtiyacı var idi, hələ evlərdə nə qədər ağır vəziyyətdə qalan xəstələr var".

Bunu Milli.Az-a açıqlamasnda Mərkəzi Klinikanın COVİD xəstələrinin müalicəsi ilə məşğul olan həkimi Könül Əliyeva deyib.

O bildirib ki, vəziyyətin ağırlaşmaması üçün vaxtında müvafiq analizlər verib düzgün müalicə yazılmalıdır:
Bəzi xəstələr də düzgün olmayan yersiz antibiotik, "Dexametazon"la müalice aldığı üçün, trombembaliya, insult, koma vəziyyətində də xəstəxanaya gətirilirlər. Vaxtında müvafiq qan analizləri, rentgen olunub vəziyyət düzgün dəyərləndirilib, xəstəyə müvafiq müalicə yazılmalıdır. Saturasiya daim nəzarətdə olmalıdır. Xəstənin risk faktorları, yanaşı xəstəlikləri, yaşı nəzərə alınmalıdır.
Reanimasiyada yer çatışmazlığı meydana çıxdığı üçün, mütləq yoluxma saylarını azaldacaq sərt tədbirlər görülməlidir, əsas da ağırlaşmaların qarşısını alacaq tədbirlər görməlidirlər, antibiotikdən, sterioddən özbaşına istifadənin qarşısı alınmalıdır". Pandemiya şəraitində evdə saxlanılmalı olan dərmanların ADLARI
Pandemiya şəraitində evdə saxlanılmalı olan dərmanların ADLARI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi