"Mütləq sərt tədbirlər görülməlidir, əks halda yoluxma..." - FOTO
"Ölkədə COVİD-lə bağlı vəziyyət çox pisdir. Dünən xəstəxanada əslində 7 reanimasiya yeri olduğu, sonradan ayrı-ayrı şöbələrdə təşkil etdiyimiz 30 xəstə oksigen-ə, CPAP-a qoşulu olduğu halda əlavə 20 xəstənin oksigenə ehtiyacı var idi, hələ evlərdə nə qədər ağır vəziyyətdə qalan xəstələr var".
Bunu Milli.Az-a açıqlamasnda Mərkəzi Klinikanın COVİD xəstələrinin müalicəsi ilə məşğul olan həkimi Könül Əliyeva deyib.
O bildirib ki, vəziyyətin ağırlaşmaması üçün vaxtında müvafiq analizlər verib düzgün müalicə yazılmalıdır:
"Saturasiya 90-dan aşağı olursa, artıq boğulma verir. Artıq o vaxt təcili yardıma müraciət edirlər.
Bəzi xəstələr də düzgün olmayan yersiz antibiotik, "Dexametazon"la müalice aldığı üçün, trombembaliya, insult, koma vəziyyətində də xəstəxanaya gətirilirlər. Vaxtında müvafiq qan analizləri, rentgen olunub vəziyyət düzgün dəyərləndirilib, xəstəyə müvafiq müalicə yazılmalıdır. Saturasiya daim nəzarətdə olmalıdır. Xəstənin risk faktorları, yanaşı xəstəlikləri, yaşı nəzərə alınmalıdır.