azia.az
azia.az

Burda rəsmən camaatın cibini soyurlar - GİLEY

5-10-2020, 17:34

Burda rəsmən camaatın cibini soyurlar - GİLEY

Burda rəsmən camaatın cibini soyurlar - GİLEY
Facebookda"Müştəriyəm Şikayətim Var” adı altında fəaliyyət göstərən qrupa Dünyagöz Xəstəxanalar Qrupu ilə bağlı şikayət daxil olub.
Burda rəsmən camaatın cibini soyurlar - GİLEY
Sfera.az-ın məlumatına görə, Əli Bağırzadə adlı istifadəçi adıçəkilən səhiyyə ocağında başına gələn xoşagəlməz əhvalat haqda bunları yazıb:

"Dünən Bakıdakı Dünyagöz Xəstəxanasında başıma çox qəribə bir hadisə gəldi. Neçə vaxtdır göz quruluğundan əziyyət çəkirəm. Hər gün əlavə göz suyunundan istifadə edirəm ki, gözüm qurumasın.

Bu problemdən birdəfəlik qurtulmaq üçün sözügedən xəstəxanaya zəng vurub soruşdum ki, sizdə göz suyunun axmasının qarşısını almaq üçün göz kanalını bağlayan göz tıxacı var? Dedilər, bəli. Qiymətini soruşdum, "gəlin, klinikada söyləyərik”,- dedilər.

Nə isə, yaxınlaşdım Dünyagözə. Nə illah etdimsə, qeydiyyatçı xanıma başa sala bilmədim ki, müayinəyə ehtiyacım yoxdur, nə göz təzyiqim, nə də görmə ilə bağlı problemim yoxdur, sadəcə göz dibinin quruluğundan əziyyət çəkirəm, ona görə də göz tıxacı istəyirəm. Xanım tutdurduğunu buraxzmadı ki, buraxmadı. Təkidlə söyləyib durdu ki, məcbur müayinə olunmalısınız ki, həkimlə görüşəsiniz.

Qısası, 35 manat ödəyib girdim müayinəyə. Dediyim kimi, heç bir ciddi problem çıxmadı. Bir türkiyəli həkim gəldi, 10 dəqiqəyə izah edə bilmədim ki, mənə göz tıxacı lazımdır. Bu həkim də məni göz yaşı müayinəsinə göndərdi. 45 manatım da belə getdi.

Sonda bəlli oldu ki, həqiqətən göz quruluğu problemim varmış, hərçənd, bunu onsuz da bilirdim. Bildiyim bir şeyi demək üçün məndən 80 manat pul aldılar.”

Çox çək-çevirdən sonra nəhayət dərdini anlatmağa nail olan istifadəçi ehtiyacı olan yüngül əməliyyatın qiymətini öyrənəndə yüngül şok yaşayıb. O, özü bu situasiyanı belə təsvir edib: "Gələk əsas məsələyə. Həkim vərəqlərə baxıb mənə dedi ki, sənə göz tıxacı lazımdır. Elə mən də 1 saatdır bunu deyirdim də. Bu həkimin qəbulundan sonra gözlərimə tıxac yerləşdiriləcək günü təyin etmək üçün məni başqa bir şöbəyə göndərdilər.

Həmin şöbədə mənə 1 göz üçün 600 manat (toplam 1200 manat) pul oxudular. Bu tıxacın 2 ədədi 35 manatdır. Dəyəri 35 manat olantıxacı gözə taxmaq üçün 600 manat pul istəmək nə deməkdir?”

Əli Bağırzasdə fikrini belə tamamlayıb: "Dünyagöz Xəstəxanası, unutmayın ki, Allah insanların xəstəliklərindən belə soyğunçucasına istifadə etmək istəyənlərə elə bəlalar göndərər ki, heç carəsi tapılmaz!”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi