“MedEra Hospital”da Hippokratı görən olubmu? - GİLEY
Son vaxtlar elə ay olmur ki, “MedEra Hospital”dan şikayət gəlməsin. Bu tibb ocağı sanki pasientlərin qəsdinə durub. Klinika hər şikayətçini də təqsirkar çıxarmağa çalışır.
Aktualxeber.az saytının redaksiyasına Bakı şəhəri Nəsimi rayonu Novruzov qardaşları küçəsi ev 70-də yaşayan İbadov Şövrət Oruc oğlu tərəfindən yazılmış ərizə daxil olmuşdur. Ərizədə deyilir: ”Yazıb sizə bildirirəm ki, mən uzun illərdir epilepsiya xəstəsiyəm. 2018-ci ilin əvvəlində Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində gördüm ki, Türkiyədən gələn Kamran Ağayev adlı həkim əməliyyatla epilepsiyaya son qoyur. Bunu görüb səhərisi gün yaxınlaşdım “MedEra Hospital”a və orada Kamran doktor məni qəbul etdi. Müayinədən sonra həkim əməliyyatla məndə özümdəm getmənin bir daha tutmayacağına söz verdi. Səhəri gün klinikaya 10.000 manat pul ödəyib əməliyyata girdim. Lakin əməliyyatdan sonra yenə də məndə epilepsiya halları tez-tez olurdu. Bundan sonra mən “MedEra Hospital”a gedib bunun səbəbini soruşduqda dedilər həkim burda yoxdu, bir müddətdən sonra gələrsən. Bir müddət bundan əvvəl gedib yenidən “MedEra Hospital”a müraciət edəndə onlar günahı həkimin üstünə atdıqda, mən verdiyim pulu geri tələb etdim. Bundan sonra mənə klinika deyil, Kamran doktorun özü burda olmadığına görə valideynləri 5.000 manat qaytardılar və qalanını da klinikanın verəcəyini dedilər. Bu yaxınlarda yenə “MedEra Hospital”a getdim, onlar məni müalicə etmək əvəzinə mənə 1.000 manat verib ərizə də yazdırıblar ki, güya mən şikayətçi deyiləm. Əslində mən ərizədə qeyd elədim ki, əgər sağalsam yerdə qalan 4000 manat pulu sizdən geri istəyən deyiləm, aldığım 6000 manat pulu da gətirib sizə qaytaracam. Bu günə kimi hələ də sağalmamışam, ona görə də xahiş edirəm ki, bu hadisənin ictimailəşdirilərək mənə dəyən maddi ziyanın ödənilməsinə və günahkarların cəzalandırılmasına kömək edəsiniz”.
Qeyd edək ki, “MedEra Hospital”ın icraçı direktoru Lalə Babayeva, baş direktoru İbrahim Əliyev və baş həkimi Firəngiz Məhərrəmova bu məsələdən xəbərdar olsalar da şikayətçinin hüquqlarını tapdayaraq heç bir tədbir görmək belə istəmirlər. Ümidvarıq ki, əlaqədar orqanlar vaxtında lazımi tədbirlər görərək günahkarları cəzalandıracaq və vətəndaşa dəymiş ziyanın ödənilməsini təmin edəcəklər.
Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.