B 12 vitamini çatışmazlığının dəhşətli fəsadları
B 12 vitamini defisitini diaqnoz etmək, tapmaq, ümumiyyətlə yoxlamaq bir çoxlasının ağlından keçmir və asan da deyil. Çünki onu xroniki stress, gərginlik, fiziki yorğunluq, emosional durumla səhv salırlar. Orqanizmdə bu vitamin tədricən, yavaş-yavaş enir, hətta illərlə simptomlarını hiss etdirmir, insan defisiti ayrı səbəblərə yozur, problem o vaxt üzə çıxır ki, xəstə qəfildən huşunu itirir, bayılır, yerə yıxılır və travma alır. Daha ciddi patologiyalarla bir də gözünü açır ki, xəstəxanadadır.
Azia.az Medicina.az-a istinadən B 12 vitaminin orqanizmdə rolu, defisitinin səbəblərini və xilas yollarını təqdim edir.
B 12 sinir sistemi, DNT və PHK-nın formalaşmasında əsas rol oynayır. Sinir hüceyrələrini əsas vitaminidir. İnsanın əhvalından tutmuş həzminə kimi tənzimləyir.
Defisitin ilkin əlamətləri:
- Hədsiz yorğunluq, halsızlıq
- Təngnəfəslik
- Əzələ zəifliyi
- Yaddaşın pozulması, nitqin gecikməsi
- Əl-ayaqlarda keyimə
Bundan əlavə, bu vitaminin çatışmazlığı digər xəstəlikləri yaradır və ya kəskinləşdirir:
- Ürək-damar xəstəlikləri, tutmaları
- Depressiya, nevroz
- Təşviş pozuntusu
- Alsgeymer xəstəliyi
- Autizm