Bir çox türkiyəli həkimlər və İrana müalicəyə gedən azərbaycanlı pasiyenlərə İran həkimləri vitamin E və D əskikliyi diaqnozu qoyurlar. Elə bir pasiyent olmur ki, ordan E vitamini preparatı almadan gəlməsin.
Nədir E vitamini, nəyə lazımdır, niyə çoxumuzda çatışmır?
Medicina.az xəbər verir ki, bütün daxili orqanların işi, maddələr mübadiləsinə və həzm traktına müstəsna təsiri olan E vitamini insan yaşlaşdıqca, yaşadığı yerdən, həyatdan və qidasından asılı olaraq azalmağa başlayır.
E vitamini əskikliyinin əlamətləri:
-Əzələlərdə, qol və ayaqlarda sanki zəiflik, boşalma, uyuşma və keyləşmə hissi – E vitamini çatışmazlığının ən birinci əlamətidir. Uzun müddət defisit olduqda xəstə yeyərkən səndirləyir, axsayır, ayaqlarda, çanaqda ağrılar olur.
-Dərinin qəfildən və tez müddətdə qırışması, quruması, çatlaması, sallanması, pozulması, dəridə qəhvəyi ləkələr – xarici görünüşdə E vitamini defisitinin bariz nümunəsidir.
- Saçların quruması, qırılması, zəifləməsi
-Gözlərin zəifləməsi, oxuyarkən tez yorulma, kəsici ağrı, sanki qum batırmış kimi sancı
-Psixoloji-emosional dəyişkənlik – ağlayıb –sısqamaq, iştahsızlıq, qıcığa qarşı kəskin reaksiya, qışqırmaq
-Cinsiyyət hormonlarının azalması, libidin düşməsi, intim hisslərin olmaması – həm kişi, həm də qadınlarda impotensiya, frigidliyin artması
-Hamilə qala bilməmək, düşüklər, səbəbsiz sonsuzluq
Nə etməli?
Əgər qan analizində və əlamətlərlə E vitamini əskikliyi diaqnozu qoyulubsa, qida ilə bu əskikliyi doldurmaq mümkün olmayacaq. Çünki bağırsaqlar meyvə-tərəvəzdə olan vitaminin 50%ni mənimsəyir. İndiki qidalarda E vitamini olmasına isə heç kim zəmanət vermir.
Sutkalıq doza – 12 mq-dır.
Hansı ərzaqlarda var:
-Təzə tərəvəz və meyvələr
-Qoz, ləpələr, quru meyvələr
-Tər göyərti
-Rafinə olunmamış bitki yağları
-Yarma, buğda, çovdar sıyıqları
-Yumurta sarısı
-Qaraciyər
Bundan əlavə E vitamini gərək orqanizm tərəfindən mənimsənilsin. Mədə-bağırsağı xəstə insanlarda bu baş vermir. Ona görə aptekdə satılan E vitamini preparatlarını qəbul etmək lazım olacaq. Gündə 2-3 dəfə 1 kapsul qəbul etmək lazımdır. Maksimal doza 1100 me-dir. Dozanı həkim təyin etməlidir.
Kimlərə kapsul E vitamini olmaz:
-Qanazlığı olanlara
-Preparata fərdi əks-təsiri olanlara
-Diabet xəstələrinə
-Yağ mübadiləsi pozulanlara
-E vitamini ilə uzlaşmayan digər dərmanlar qəbul edərkən
Bütün bunları da həkim təyin etməlidir.