“Əli Kərimin “İki sevgi” şeirini Nəriman Həsənzadənin bütün poeziyasına dəyişmərəm, bunu yazmaqdan qorxmuram”
“Nəriman Həsənzadə 95 yaşında vəfat etdi. Yaşadı, yazdı, yedi, gəzdi, dolaşdı və öldü. Yeri behişt olsun. Yəhudilər şairləri peyğəmbərlərin davamçısı hesab edirlər. Bizim bu zümrəyə baxışımız tamamilə fərqlidir”.
Xəbər verilir ki, bunu sabiq deputat Etibar Əliyev bildirib.
O qeyd edib ki, nədənsə böyük şairlər ən yaxşı şeirlərini cavan vaxtlarında yazıblar: “Cavan yaşlarında ölümləri ilə daha çox yadda qalıblar və seviliblər. Bayron 34 yaşında, Şelli 30 yaşında, Mayakovski 37 yaşında, Brodski 56 yaşında, Mikayıl Müşfiq 30 yaşında, Cəfər Cabbarlı 35 yaşında, Lermontov 27 yaşında, Əli Kərim 38 yaşında, Puşkin 38 yaşında, Abbas Səhhət 44 yaşında, Selan 50 yaşında, Səməd Vurğun 50 yaşında, Məhəmməd Hadi 44 yaşında dünyasını dəyişib. Hərənin öz şair seçimi var. Mən Əlisəmid Kürün şeirlərini mərhumun şeirlərindən üstün tuturam. 58 yaşında vəfat etmiş Nüsrət Kəsəmənli isə Həsənzadədən bir mənalı olaraq böyük şairdir. Bunları yazmaqla onun tərəfdarlarından əsla qorxmadım, çünki bu mənim azad seçimimdir... Şəxsən mən Abbas Səhhətin "Vətən" şerini və Səməd Vurğunun "Oxu gözəl" şeirini, Əli Kərimin “İki sevgi” şeirini Nəriman Həsənzadənin bütün poeziyasına dəyişmərəm. Ramiz Rövşənə isə Mafusail ömrü arzulayıram... Allah dünyasını dəyişmiş şairlərimizi rəhmət eləsin”