Fəxrəddin Manafov sevgi dərsləri verəcək
Səməd Vurğun adına Rus Dram Teatrında "Kazanova: sevgi dərsləri" tamaşasının premyerası olacaq. Teatrdan verilən məlumata görə, səhnə əsərinin ilk nümayişi aprel ayına planlaşdırılıb.
Viktor Korkiya və Aleksandr Lavrinin əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir.
Kazanova obrazını Rus Dram Teatrının səhnəsində ilk dəfə xalq artisti Fəxrəddin Manafov ifa edəcək. Tamaşada digər rolları xalq artisti Yuri Baliyev, əməkdar artist Firdovsi Atakişiyev, aktyorlar Murad Məmmədov, Yuri Omelçenko, Yaroslav Trifonov, Rüfət Nəzərov, Boris Brodskiy, Olqa Arsenteva, Tamilla Abutalıbova, Olesiya Qasımova, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Fatimə Əliyeva və Zümrüd Əliyeva ifa edəcək.