azia.az
azia.az

“YUĞ” Teatrı Kukla Teatrında işə başladı

4-02-2016, 14:02

 “YUĞ” Teatrı Kukla Teatrında işə başladı Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan Dövlət Kukla Teatrında “YUĞ” Dövlət Teatrının kollektivi və Kukla Teatrının rəhbər işçilərinin iştirakı ilə toplantı keçirib.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin 11.11.2015-ci il tarixli, 358 nömrəli Qərarı ilə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə torpağın və daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınan ərazidə yerləşən M. A. Əliyev küçəsi (sağ və sol) və M. F. Axundov döngəsi boyunca yolun tikintisi işlərinə başlanılmışdır. Azərbaycan Dövlət “YUĞ” Teatrının binası yol qovşağının ərazisinə daxil olduğu üçün sökülən binaların siyahısına salınmışdır. Bununla bağlı teatrın kollektivi 2016-cı il fevral ayının 1-dən Azərbaycan Dövlət Kukla Teatrının binasında yerləşdirilmişdir. Kukla Teatrının rəhbərliyi “YUĞ” Teatrının peşəkar səviyyədə tam qüvvəsi ilə fəaliyyət göstərməsi üçün lazımi şərait yaratmışdır.Tamaşalar Kukla Teatrının əsas və kiçik səhnəsində nümayiş olunacaqdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi