azia.az
azia.az

İranda Əli Xameneinin 40 mərasimi bu tarixdə keçiriləcək

Bu gün, 21:00

İranda həlak olan ali dini lider, ayətullah Seyid Əli Xameneinin dəfnindən sonra 40-cı gün münasibətilə Tehran, Qum və Məşhəd şəhərlərində anım mərasimləri keçiriləcək.

Xəbər verilir ki, mərasimləri İranın yeni ali dini lideri, ayətullah Seyid Müctəba Hüseyni Xamenei keçirəcək. Bu barədə Mehr məlumat yayıb.

Liderin ofisinin yaydığı məlumata görə, Tehranda mərasim avqustun 18-də saat 17:00-dan 19:00-dək İmam Xamnei adına Böyük məsciddə baş tutacaq.
Avqustun 19-da axşam namazından sonra Qum şəhərində Həzrət Məsumənin ziyarətgahında anım mərasimi keçiriləcək.

Avqustun 20-də isə axşam namazından sonra, İmam Həsən Əsgərinin şəhidlik ildönümü ilə eyni vaxtda Məşhəddə İmam Rzanın ziyarətgahında mərasim təşkil olunacaq.

Bəyanatda qeyd edilib ki, iranlıların 40 mərasiminə kütləvi iştirakı İslam İnqilabının yeni lideri ayətullah Müctəba Xameneiyə sədaqətin və “İran şəhidlərinin yolunu davam etdirməyə bağlılığın” göstəricisi olacaq.

Günay Əli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi