Hamı bu toydan danışır – Bəy və gəlin elə hərəkət etdi ki... - FOTOLAR
Türkiyənin Osmaniyə vilayətinin Bahçə rayonunda Oğuzhan Türk və Gülizar Kavcı cütlüyü toy mərasimində ənənəvi gəlin avtomobilindən imtina edərək yarış motosikletinə üstünlük verib.
Azia.az musavat.com-a istinadən bildirir ki, motosiklet həvəskarı olan cütlük dostlarının müşayiəti ilə toy salonuna mühərrik səsləri və alqışlar altında daxil olub.
Toy mərasimində sosial media fenomenləri və motosiklet həvəskarları da iştirak ediblər. Gecə ərzində nümayiş etdirilən motosiklet şouları qonaqlara həyəcan dolu anlar yaşadıb.

