Ermənistan Nəsimi Musayevin VİDEOSUNU YAYDI
Xəbər verdiyimiz kimi, oktyabrın 1-də Ermənistan sərhədini qanunsuz keçən Azərbaycan əsgəri Nəsimi Musayev Zəngəzurdakı Şəki kəndində saxlanılıb.
Xəbər verilir ki, Ermənistanın "Armlur.am" saytı Nəsimi Musayevin Şəki sakininin tövləsindən necə həbs olunaraq çıxarıldığını əks etdirən eksklüziv görüntülər yayıb.