azia.az
azia.az

Dünyada kök insanların sayı arıq insanların sayını keçib

18-10-2019, 12:18

 Dünyada kök insanların sayı arıq insanların sayını keçib Dünyada piylənmədən əziyyət çəkən insanların sayı tarixdə ilk dəfə olaraq az çəkili insanların sayını üstələyib. Bu barədə “Lancet” dərgisində dərc olunan araşdırmada bildirilir.
Aparılmış tədqiqatın nəticələrinə əsasən, son 40 piylənmədən əziyyət çəkən insanların sayı 6 dəfədən çox artıb. Belə ki, əgər 1975 ildə dünyada bu problemlə 105 mln adam üzləşmişdirsə, 2014-cü ildə artıq çəki problemi 640 mln insanı əhatə edib.
“Bu tendensiyanın davam edəcəyi təqdirdə, artıq 2025 ildə dünya üzrə kişilərin 18 faizi, qadınların isə 21 faizi piylənmədən əziyyət çəkəcək”, - deyə tədqiqatda qeyd olunur.
Tədqiqatın nəticələrinə əsasən, dünyada az çəkili insanların sayı qadınlar arasında 12 faiz, kişilər arasında isə 15 faiz təşkil edir.
Az çəki problemi, əsasən, Cənubi Asiya və Afrika qitəsinin bir sıra ölkələrində müşahidə olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi