azia.az
azia.az

“Zəhər tuluğu”nda göz yaşları... - Fotolar

23-12-2021, 12:19

“Zəhər tuluğu”nda göz yaşları... - Fotolar
Ötən gün “Zəhər tuluğu” filminin premyerası baş tutub. OLAY yazır ki, qala gecəsi Heydər Əliyev Sarayında keçirilib.

Təqdimata ekran işinin qəhrəmanları, yaradıcı heyət və məşhur simalar qatılıb. Təkcə filmin baş rol ifaçılarından biri, “YUĞ” teatrının aktrisası Ləman Mərrih gecədə yer almayıb.
“Zəhər tuluğu”nda göz yaşları... - Fotolar

Tədbirin aparıcısı Azər Aydəmir olub. Əvvəlcə söz kinonun rerjissorlarından biri Taleh Yüzbəyova verilib.
“Bu görüntünü (səhnədən tamaşaçılara baxaraq - red.) ömrümün sonunadək yadda saxlayacağam. Həyatımda yeni mərhələ başlayır. Qayğıkeş övlad, diqqətli ər deyiləm, çünki bu işi sevirəm və ömrümün qalan hissəsini də bu işə həsr edəcəyəm. Bir arzum var, ona doğru gedirəm”,- deyə qeyd edib.
“Zəhər tuluğu”nda göz yaşları... - Fotolar

Daha sonra filmin baş prodüseri, rejissoru Orxan Mərdan vurğulayıb ki, illər sonra ilk dəfə “Zəhər tuluğu” filmi eyni vaxtda bütün kinoteatrlar şəbəkələrində nümayiş olunacaq.

Sosial platformalarda geniş müzakirələrə səbəb olan və bəyənilən “Zəhər tuluğu” silsiləsinin qəhrəmanı Adili (Taleh Yüzbəyov) tamaşaçılar bu dəfə fərqli obrazda görəcək.

Populyar simaların qırmızı keçidindən sonra filmin nümayişi reallaşıb.

Kinoda yaşadığı faciələrin, cəmiyyətin insanın xarakterinə müxtəlif təsirləri ustalıqla işlənib.

Dram, komediya janrında lentə alınan layihə 110 dəqiqədir və filmdən sonra zalda əyləşən tamaşaçılar yaradıcı heyətə ayaqüstə alqışla təşəkkürlərini bildiriblər.

Xalq artisti Ramiz Novruz oğlu Cavidan Novruzun filmdəki çıxışını izləyərkən qəhərlənib, hətta çıxış etməyə çətinlik çəkib.

Həmçinin, baş qəhrəman T. Yüzbəyov daxil olmaqla digər film simaları da göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Ekran işinin baş prodüseri Orxan Mərdan, quruluşçu rejissorları Teleh Yüzbəyov və Orxan Mərdan, quruluşçu operatoru İman İmanov, ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirdir.

Filmdə Taleh Yüzbəyov, Ləman Mərrih, Nəzakət Heydərova, Əlixan Rəcəbov, Cavidan Novruz, Şaban İmkani, Kəmalə Onur, Zülfiyyə Qurbanova, xalq artisti Səidə Quliyeva, Tural Əhməd, Əməkdar artist Rasim Cəfər, Oktay Mehdiyev, Əməkdar artist Hüsniyyə Mürvətova, Könül Cəfərzadə, Emil Musayev, Nəsibə Eldarova və başqaları rol alıb.

Filmin informasiya dəstəkçiləri Apa.az, Olay.az, Araz FM və Xəzər Televiziyasıdır.

Ekran işi 23 dekabr tarixindən etibarən kinoteatrlarda yayıma başlayıb.




“Zəhər tuluğu”nda göz yaşları... - Fotolar
“Zəhər tuluğu”nda göz yaşları... - Fotolar
“Zəhər tuluğu”nda göz yaşları... - Fotolar
“Zəhər tuluğu”nda göz yaşları... - Fotolar
“Zəhər tuluğu”nda göz yaşları... - Fotolar
“Zəhər tuluğu”nda göz yaşları... - Fotolar
“Zəhər tuluğu”nda göz yaşları... - Fotolar
“Zəhər tuluğu”nda göz yaşları... - Fotolar
“Zəhər tuluğu”nda göz yaşları... - Fotolar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi