İnfarkt və insult riskinizi belə ölçün
İnfarkt və insult riski bel ətrafınızın boya nisbətinə görə proqnozlaşdırıla bilər.
Xəbər verilir ki, “The American Journal of Clinical Nutrition” (AJCN) jurnalında dərc edilən araşdırmaya görə, bu göstərici bədən yağları kimi digər proqnozlaşdırıcı amillərdən daha təsirlidir.
Alimlər Britaniya Biobankından 468 min xəstənin məlumatlarını təhlil edib və onları 12 il izləyiblər. Bədəndəki yağ faizi insult və infarkt riskinin zəif proqnozlaşdırıcısı idi. Bel ətrafının boya nisbətinin ürək-damar xəstəlikləri riski ilə əlaqəli olduğu ortaya çıxıb. Göstərici nə qədər yüksəkdirsə, risk də bir o qədər yüksəkdir.
Bel ətrafının boy nisbəti ürək-damar riskini qiymətləndirmək üçün ənənəvi ölçüləri əvəz edə bilər. Tədqiqat həmçinin visseral yağla mübarizənin vacibliyini vurğulayır.
Əvvəlki tədqiqatlar piylənmənin ürək-damar xəstəlikləri riskini artırdığını təsdiqlədi. Bununla belə, dəlillər göstərir ki, yağın bütün bədəndə paylanmasını nəzərə almaq vacibdir. Bunun üçün bədən yağının faizindən istifadə etmək təklif edilir. Yeni tapıntılar o deməkdir ki, daha vacib olan bədən yağının ümumi nisbəti deyil, qarın boşluğunda toplanan və daxili orqanları əhatə edən visseral yağın faizidir.
Xəzər
“Cebhe.info”