Bel ətrafınız serebral iflic riskinizi göstərir
Siqaret asılılığı, stressli və oturaq həyat və qeyri-sağlam pəhriz nevroloji xəstəliklər üçün əhəmiyyətli risk faktorlarıdır. Bütün bunlarla yanaşı, bel ətrafınızın ölçüsü də beyin sağlamlığınız haqqında ipucu verə bilər.
Xəbər verilir ki, xüsusilə alma quruluşlu bədən ölçüləri olan insanlarda beyin-damar xəstəliklərinin olması riski daha çoxdur.
Nevroloji xəstəliklərlərin səbəbləri ilə bağlı aparılan araşdırmalar göstərir ki, bel ətrafının ölçülməsi ilə təyin olunan qarın piylənməsi serebrovaskulyar (beyin-damar xəstəliyi) xəstəlik riskinin göstəricisidir. Bu səbəbdən serebrovaskulyar xəstəliklər üçün risk faktorları təyin edilərkən, bel ətrafı digər testlər kimi mütəmadi olaraq ölçülməlidir.
Bütün dünyada olduğu kimi ölkəmizdə də nevroloji xəstəliklərlə bağlı vəziyyət heç də ürəkaçan deyil. Təxminən 2 ildir ki, virusla mübarizə aparırıq. Pandemiya ilə əlaqədar evlərimizə qapanmaq stress səviyyəmizi yüksəltdi, qida və içki istehlakımızı artırdı, hərəkətlərimizi məhdudlaşdırdı. Nəticədə artıq çəkidən əziyyət çəkənlərin sayı da artdı. Bədəndə artıq çəki və yağ toplanması xüsusilə beyin və damar sağlamlığı baxımından əhəmiyyətli mesaj verir.
Hər bir insanın bədən quruluşu fərqlidir. Bəzi insanlarda çəki və yağ miqdarı bədən boyunca paylana bilər. Piylənmə xüsusilə bud nahiyəsində, bəzilərində isə bütün qarında toplanır. Araşdırmalar göstərir ki, alma quruluşlu bədən tipi olan insanlarda yüksək təzyiq və diabet riski daha yüksəkdir. Yüksək təzyiq, şəkərli diabet, xolesterol riski yüksək olan insanları təyin edərkən bədən çəkisi ilə birlikdə bel ətrafını da ölçmək vacibdir. Axar.az