Son zamanlar uşaqlarda, gənclərdə, xüsusilə oğlanlarda boy göstəriciləri düşür. Xüsusən ayaqların qısalığı, sümük-əzələ sisteminin bətndaxili dövrdən başlayan geriqalmaları sonradan boyun normadan qısa olması ilə tamamlanır.
“Medicina” boy uzatmağın tibbi müalicə və əməliyyat növlərini təqdim edir.
Boy necə artır?
Uşaqlar dünyaya təxminən 48-53 sm boyda gəlir. İlk ildə boy 75 sm-ə qədər uzanır. İkinci il 10 sm-dən artıq olmur. Üçüncü boy artımı dövrü 4-7 yaş arası olur.
Amma uşağın boyunun böyüdükdə neçə olmasını bilmək üçün 10-14 yaş arası – cinsi yetişlənlik dövründə diqqət yetirmək lazımdır.
Ümumilikdə isə boy artımı 20 yaşa kimi davam edir.
Bu vaxta qədər öncədən proqnozlaşdırmaq çox çətindir.
Kişilərdə 165-167, qadınlarda 153 sm-in altında olan boy qısa olaraq qəbul olunur.
Adətən boya nəsil, genetika təsir edir. Boyu uca olmayan valideynlərin uşaqları da elə olur.
İkinci əsas faktor ana bətni dövrüdür. Çünki sümük-əzələ, onurğa intensiv olaraq burda böyüyür.
Əgər uşaq normal boyla doğulub, ata-anası normal boydadır, amma sonradan boyunda artım olmayıbsa, bu zaman hormonal, sağlamlıq, qidalanma amilləri təsir edib.
Boyu artıran hüceyrələr qığırdaq hüceyrələridir- onlar sümükləri üçün tikinti materialıdır. Yeniyetməlik dövründə hormonal sistemin təsirindən normal inkişaf və boy artımı baş verir. Qığırdaq hüceyrələrinin dağılması nəticəsində sümük toxuması yaranır.
Boy qısalığına səbəb olan xəstəliklər:
Xəstəliklərə bağlı boy qısalığı bunlardır: akondroplaziya, epifizial displaziya, xroniki xəstəliklər, sekonder qısalıqlar.
Əgər uşaqda anadangəlmə və sonradan xroniki böyrək, qaraciyər, qalxanvarı, böyrəküstü, hipofiz vəz problemləri varsa, nanizm - yəni liliputluq sindromu ola bilər.
Bu zaman bir qədər bahalı genetik, hipofiz və hormonal analizlər aparılır. Əgər boy üçün lazım olan hormon çatışmazlığı olarsa, hormonterapiya aparılır.
Eləcə də boy artımı üçün bəzi fiziki və psixoloji məşqlər, fizioterapiya, idman və qidalanma rejimi təyin olunur.
Boyun müntəzəm artımı üçün uşaqlıqdan idman hərəkətləri, voleybol, basketbol, üzgüçülük, dartınma, isti prosedurlar, bədən möhkəmləndirici vasitələr, yalnız trener nəzarəti ilə olunmalıdır.
Boy uzatmaq üçün əməliyyat
Böyümə plakları bağlandıqdan sonra orqanizmin öz-özünə təbii boy artımı mümkün deyil, ona görə cərrahi müdaxilədən başqa çıxış yolu qalmır.
Əgər kişidə böyümə qığırdaqları qapanıbsa, qida, idman, hormon, dərmanla boy uzanmasının heç bir effekti yoxdur, bunlara vaxt sərf etməyə dəyməz.
Amma böyümə qığırdaqları hələ bağlanmamış uşaq və yeniyetmələrdə əməliyyatsız az da olsa bir neçə sm boy uzadıla bilər.
Bunun üçün mütləq travmatoloq, endokrinoloq müayinəsi vacibdir.
Boyuzatma əməliyyatı ortopedik əməliyyatdır, müalicə və estetik-plastik məqsədlərlə icra edilir.
Əməliyyatla qol və ayaq sümükləri uzadılır. Eyni anda hər iki ayağın sümükləri əməliyyat edilir. Bu zaman əsnasında digər sümük ətrafı toxumalar da birlikdə uzanır.
Əməliyyatda tibia, femur sümükləri uzadılır, bununla yanaşı ətraf damar, sinir, əzələ və toxumalar da bu şəkildə uzanır.
Əməliyyat zamanı sümüklər kəsilir və kəsilən sümük parçaları hər gün təxminən 1 mm qədər bir-birindən ayrılır və ayrılan hissə yeni sümük toxuması ilə birləşir.
Əgər xəstənin boyunu 8 sm-ə qədər uzatmaq planlanıbsa, qaval – tibia sümükləri kəsilir, əgər 10 sm-dən çox uzanma istənilirsə, həm tibia, həm də femur sümükləri uzadılır.
Boy uzatma üçün son zamanlar yeni metodlar, müxtəlif metodlar tətbiq edilir.
Əslində, bu əməliyyatlar sümüyü təbii uzadan bioloji təsirdir. Sümüyə heç bir əlavə material qoyulmur, heç bir maddə vurulmur.
Əməliyyatdan sonra müəyyən fizioterapiya, məşqlər və hərəkətlər müalicə həkimi tərəfindən tövsiyə edilir. Bu prosedurları keçmək mütləqdir, əks təqdirdə əzələlərdə gərginlik qala bilər, yerimə və duruş pozula bilər.
Normal şəkildə aparılmış əməliyyatdan 6 ay sonra pasiyent idman edə, idmana qayıda bilər.
Qeyd edək ki, dünyanın 15-dən çox ölkəsində, xüsusən inkişaf etmiş ölkələrdə belə əməliyyatlar çox məşhurdur.
Almaniya, ABŞ, Cənubi Koreya, İspaniya, İtaliya, Türkiyədə hər il 40-50 belə əməliyyat keçirilir.
Boyuzatma əməliyyatını icra edən klinika və həkimlər çox deyil.
Düzgün mütəxəssis, uyğun klinika, fizioterapiya mərkəzi və əməliyyatdan sonrakı dövrü fəsadsız keçirmək üçün Türkiyədən seçim edə bilərsiz.
Boyu ilə bağlı problemi olanlar, boy qısalığından kompleks keçirənlər, boyunu uzatmaq istəyən pasiyentlər Bayraktar Sağlıq Turizmin müalicə paketlərindən istifadə edə bilər.
Əlaqə saxlamaq üçün telefon :
+994 70 - 988 -77- 07