azia.az
azia.az

Qan təzyiqini azaltmaq üçün çuğundurdan hansı formada istifadə ediləcəyi məlum olub - DİQQƏT

8-05-2024, 09:18

Britaniyalı dietoloq Emili Liminqin fikrincə, çuğundur suyunun tərkibindəki nitratlar (azot turşusu duzları) qan damarlarının divarlarını effektiv şəkildə rahatlaşdıra bilir və bununla da qan təzyiqini aşağı salır. Buxarlanmış çuğundur yemək də bu göstəricini normallaşdırmağa kömək edir.
32gun.az bildirir ki, bu  barədə Daily Mail məlumat yayıb .

Diyetoloq 2014-cü ildə Hipertoniya jurnalında dərc olunmuş araşdırmaya istinad edir. Bu elmi işin nəticələri göstərdi ki, iki ay ərzində gündə 250 ml çuğundur suyu içmək qan təzyiqini normallaşdıra bilər (iştirakçılarda bu göstərici orta hesabla 8/4 mm Hg azalıb).

Bu terapevtik təsir çuğundurda olan nitratlar - azot turşusu duzları tərəfindən həyata keçirilir. Onlar azot tərkibli qarışıqlarla mayalandıqda tərəvəzlərdə toplanır. Nitratlar qan damarlarının divarlarına rahatlaşdırıcı təsir göstərərək qan təzyiqini aşağı sala bilər.

Leeming qeyd edib ki, çuğundurun tərkibindəki nitratlar qaynadılan zaman bir çox faydalı xüsusiyyətlərini itirir. Bu səbəbdən tərəvəzi çiy və ya buxarda bişirilmiş yemək, həmçinin ondan suyunu sıxmaq daha yaxşıdır.
Nilay 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi