azia.az
azia.az

Zəlzələdə ölən adam dəfn edilərkən "dirildi" - FOTO

23-02-2023, 20:15

Suriyada hər kəsi şoka salacaq hadisə yaşanıb. 

Qlobal.net xəbər verir ki, baş verən güclü zəlzələdən sonra dağıntılar altından çıxarılan Ahmed al-Maghribinin hərəkətsiz qaldığı üçün öldüyü düşünülərək soyuq morqa aparılıb.

İki gün morqda qalan al-Maghribin daha sonra ailəsinə təhvil verilib. Onlar Ahmedi cəsəd torbasına qoyaraq dəfn etməyə aparıblar.

Məzarlığa çatanda al-Maghribin torbanın içində hərəkət etməyə başlayıb. Bu vəziyyətdən şoka düşən ailəsi onu dərhal xəstəxanaya aparıb. 

Hazırda həkimlər onun səhhətinin günbəgün daha da yaxşılaşdığını bildirib. Ahmed al-Maghribinin ürəyinin anidən dayandığı, sonra isə yenidən fəaliyyətini bərpa etdiyi iddia edilib.

Suriya mətbuatında yer alan məlumatlara əsasən, bu milyonda bir insanda rast gəlinən hadisədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi