Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır
Pakistanın İqra Universiteti 2026–2027-ci tədris ili üzrə Azərbaycan Respublikasının şəhid və qazi övladları üçün xüsusi təqaüd proqramı elan edib.
“İlyas Hüseynov adına Qəhrəmanların Övladları üçün Təqaüd Proqramı” çərçivəsində tələbələrə bakalavriat və magistratura səviyyələrində Pakistanda təhsil almaq imkanı yaradılır.
Proqram çərçivəsində kompüter elmləri, proqram mühəndisliyi, süni intellekt, biznesin idarə edilməsi, beynəlxalq münasibətlər, ingilis dili, media, səhiyyə elmləri, əczaçılıq, moda və dizayn istiqamətləri üzrə təhsil almaq mümkündür.
Təqaüd proqramında iştirak etmək istəyən namizədlər müraciətlərini 31 avqust 2026-cı ilədək təqdim etməlidirlər.
Proqramın şərtləri və müraciət qaydaları barədə ətraflı məlumatla bu keçiddən tanış olmaq mümkündür.
https://htp.edu.az/uploads/fileuploads/2026/08/55c045a666264724916d7d8e4e617d13.pdf
