Faydalarını biləndən sonra qoz qabığını zibil qabına atmaycaqsız!v
Qozun faydaları haqqında çox danışmışıq. Bəs, qoz qabığının orqanizmin sağlamlığına təsiri nədən ibarətdir?
Hər nə qədər qozun vətəni Orta Asiya sayılsa da, Avropaya onu yunanlar tanıdıb. Hələ qədimdən insanlar qozun faydaları haqqında məlumatlı idilər. Hərbi həkim olan Dioskorid öz qeydlərində qozun müalicəvi əhəmiyyətindən bəhs edib.
Bərk və nataraz olan qoz qabığı sağlamlığa faydaları baxımından heç də qozun ləpəsindən geri qalmır. Onun tərkibində kalium, maqnium, yod, sink, dəmir, proteinlər, alkaloidlər, A, B, C, A vitamini, karbon turşuları, taninlər, liflər, az miqdarda zülal və yağ da var. Bu zəngin tərkibi sayəsində qoz qabığı min illərdir ki, xalq təbabətinin bir hissəsidir.