azia.az
azia.az

Qoz qabığını 10 dəqiqə qaynadın… - Hamı bu reseptdən danışır

28-01-2022, 08:53


Qoz qabığını 10 dəqiqə qaynadın… - Hamı bu reseptdən danışır

Qoz qabığını 10 dəqiqə qaynadın… - Hamı bu reseptdən danışır
Qozun faydalarını saymaqla bitməz. Tərkibində zülal, lif, Omega 3, Omega 6 yağ turşuları olan qoz kalsium, dəmir, sink, maqnezium, fosfor, mis, selenium, manqan mineralları və A, B1, B2, B6, C vitaminləri baxımından insan həyatında əhəmiyyətli qidalardan biridir.

Qabıqlı çərəzlərdən ən xeyirlisi olan qozun faydasını saymaqla qurtarmaz.

Qozun qabığından çay dəmləyib, qəbul etmək möcüzəvi bir təsirə malikdir.

Qoz və qabığı da çox qədim zamanlardan bu günə qədər müxtəlif xəstəliklərin müalicəsində və dərman istehsalında istifadə edilib.

Qozun quru qabığını çay kimi dəmləyib içmək soyuqdəymə və öskürəyə yaxşı təsir edir. Quru və ya təzə qoz qabığının dəmləməsi bağırsaqlarda olan qurdların müalicəsi üçün də müalicəvi təsirə malikdir. Gündə iki fincan qoz qabığı məhlulu ilə bu problemin öhdəsindən gəlmək olar.

Şəkər xəstəliyi, orqanizmdə D vitamini çatışmazlığından yaranan raxit xəstəliyi üçün də 10-15 ədəd qoz qabığına su ilə qaynadıb qəbul etmək faydalıdır.

Sızanaqlı dəri üzərinə sürülməsi sızanaqların və dəri ləkələrinin keçməsinə köməkçi olur.

Qoz qabığını (Quru və ya yaş) qaynayan suyun içərisinə atıb 10 dəqiqə bişirdikdən sonra saçlarımızı yuyanda saç tökülməsi dayanacaqdır.

Saçlarımız əvvəlki parlaqlığına qovuşacaq və təravətini itirmiş saçlarınız güclənəcəkdir.

Saçlar kəpəklərdən təmizlənmiş olacaq.

Saçlarımızı hazırladığımız su ilə hər gün yumağa davam etsək , saçlardakı ağ tüklərin azalmasının şahidi olacaqsınılz.

Qoz qabığının istifadə qaydası:

20 ədəd qozun qabığını (xarici qismindəki sərt olan qəhvəyi qabıqları), 1 litr suda 10-15 dəqiqə qaynadın. Əldə edilən qoz qabığının suyu ilə hər gün səhər-axşam iki dəfə saçlarınızı yuyun. Daimi tətbiqdən sonra qısa müddətdə saç tökülməsinin qarşısı alınır. (mətbuat.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi