Pomidor-xiyar tapılmayacaq:İstixanalar bağlanır
Almaniyada enerji qiymətlərinin artması fonunda tərəvəz istixanaları bağlanmağa başlayıb.
Bu barədə Bavariyanın “BR24” radiosu məlumat verir.
Alman aqronomları qışda çox baha olduğu üçün tərəvəz yetişdirməkdən imtina etmək məcburiyyətində qalıblar. Evli cütlük Tanya və Andreas Evers deyiblər ki, indi qazla qızdırılan istixanada lazımi temperatur görə ödəniş edə bilmirlər. Cütlük gileylənib ki, qaz müqaviləsi ilin sonuna qədər başa çatdığından indi tərəvəz yetişdirməyin onlara nə qədər başa gələcəyi məlum deyil. Bununla belə, Everslər toxum və gübrədən başlayaraq, yanacaq və qaza qədər hər şeyin bahalaşacağına əmindirlər.
Bəzi müştərilər artıq pomidor alışından üz döndərirlər. Pomidor və xiyar kahı ilə əvəz edilir. Andreas dövlətdən dəstək gözləmək fikrində olmadığını, hər şeyi özü həll etməyə çalışacağını vurğulayıb. O, maye qazla işləyən istilik və elektrik enerjisi istehsal edə bilən İES almağı planlaşdırır.
Bundan əvvəl Böyük Britaniyada yanacağın bahalaşması ilə əlaqədar tərəvəz istixanalarının dayandırılması barədə məlumat yayılıb. Bundan başqa, britaniyalılar da ötən illə müqayisədə maya dəyəri 3 dəfə bahalaşan gübrə qıtlığı ilə üzləşiblər.Cebhe.info