azia.az
azia.az

Dünyada ən çox milyarder bu ölkədə yaşayır - Siyahı

24-09-2022, 08:52



Dünyada ən çox milyarder ABŞ-da yaşayır.

Xəbər verilir ki, bu barədə baş ofisi Londonda yerləşən “Henley & Partners” təşkilatı məlumat yayıb. Təşkilat son hesabatında milyonçu və milyarderlərin yaşadığı şəhərlərin statistikasını açıqlayıb.

Hesablama zamanı varidatı 100 milyon dollardan çox olanlar milyonçu, 1 milyard dollardan artıq olanlar isə milyarder kimi təsnif edilib.

Siyahıya görə milyonçu sayında Nyu-York şəhəri liderlik edir – 737 nəfər. Milyarderlərin sayına görə isə bura yalnız San-Fransiskodan geri qalır. Şəhərdə 59 milyarder daimi yaşayır.
San-Fransisko isə milyonçuların sayına görə yalnız Nyu-York geridədir. Burada 623 milyonçu, 62 milyarder yaşayır.

Londonda 406, Los-Ancelesdə 393 milyarder qeydə alınıb.
Asiya nəhəngi Çinin paytaxtı Pekində 363 milyonçu və 44 milyarder yaşayır.

Bu rəqəm Şanxayda müvafiq olaraq 350 və 42-dir. Çikaqoda 340, Sinqapurda 336 milyoner daimi yaşayır.

Avropada isə ən çox milyonçu Cenevrədə yaşayır – 345 nəfər. Burada milyarder yoxdur. Onluqda sonuncu yeri 314 milyonçu ilə Hyuston şəhəri tutur.///apa


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi