Tramp seks-simvolu iyrənc adlandırdı
Müğənni prezidentin əsəbləri ilə oynayıb
21 yanvar tarixində ABŞ-da yeni seçilən prezident Donald Tramp dünya şöhrətli müğənni Madonnanın ünvanına etdiyi təhqirlərə cavab verib.
İstiPress qərb mətbuatına istinadən xəbər verir ki, Amerika şou-biznesinin kraliçası, uzun müddət qərb dünyasının seks-simvolu hesab olunan Madonna "Qadınlar marşı" adlı aksiyada etdiyi təhqirə görə prezidentdən sərt cavab alıb. Ağ Evin yeni sahibi sənətçini sərt tənqid edib: "Madonnanın etdiyi hərəkət ABŞ üçün biabırçılıqdır. Madonna özü isə iyrənc qadındır".
Amerikalı müğənni və aktrisa Sindi Loper də Madonnanın çıxışını tənqid edib: "Düşünmürəm ki, onun çıxış nitqi bizim lehimizə oldu. İnsanlığı ifadə etmək üçün qəzəb yaxşı şey deyil. Qışqırıqla kiminsə düşüncəsini dəyişmək mümkün deyil, o, daha da sıxıntı yaradır".