azia.az
azia.az

İsti suyun 12 faydası - MƏSLƏHƏT

21-06-2022, 08:04


Suyun insan həyatında əvəzsiz rolu və sağlamlıq üçün nə dərəcədə önəmli olduğu hamıya məlumdur.
İsti suyun 12 faydası - MƏSLƏHƏT
Xəbər verilir ki, mütəxəssislər suyu isti halda içməyin soyuq içməkdən daha çox fayda verdiyini vurğulayırlar.

Soyuq əvəzinə suyu isti və ya ilıq halda içərək bədəninizi daha mükəmməl hala gətirə bilərsiniz.

Beləliklə, isti suyun faydalarını aşağıda sizə təqdim edirik:

1. Çəki itirmə. Əgər bir neçə artıq kilonuzun olduğunuzu düşünürsünüzsə, metabolizminizi sağlam bir şəkildə mühafizə etmək üçün isti suyun sizə inanılmaz yardımı olacaqdır. Bunun üçün günə içinə azca limon şirəsi sıxılmış isti su içərək başlayın. Metabolizminizi sürətləndirməklə yanaşı isti su yağ təbəqəsinin də parçalanmasına müsbət təsirini göstərəcəkdir.

2. Burun və boğazın təmizlənməsi. İsti su içmək soyuqlama, öskürək və boğaz ağrısı üçün mükəmməl təbii vasitəsir. Bəlğəmi aradan qaldırır və bədəndən kənar olmasını təmin edir. Nəticədə də boğazı rahatladır, həmçinin burun tutulmasının aradan qaldırılmasında da yardımçı olur.

3. Menstruasiya sancıları. İsti su menstruasiya sancılarının azaldılmasına müsbət təsir göstərir. Suyun temperaturunun qarın əzələləri üzərində sakitləşdirici və rahatladıcı təsiri vardır ki, bu da nəticədə yığılma və spazmların azalmasında effektivdir.

Ətraflı

4. Detoks. İsti su detoks prosesində inanılmaz köməkçidir. İsti su içdiyiniz zaman bədən temperaturunuz yüksəlməyə başlayır ki, bu da tərləmənizə səbəb olur. Bu, arzu olunan haldır, çünki toksinlərin bədənimizdən kənarlaşmasına yardımçı olur. Ən effektiv nəticə əldə etmək üçün isə içmədən əvvəl suya biraz limon sıxın.

5. Erkən yaşlanmanın qarşısını almaq. Toksinləri bədəninizdən kənarlaşdırmaq istəməyinizin bir səbəbi də var: toksinlər sizi daha sürətli yaşlandırır. İsti su içmək elastikliyi azalmış və sərbəst radikalların aşındırdığı dəri hüceyrələrinin özlərini yeniləməsinə kömək edir və beləliklə, dəriniz daha cavan və yumşaq görünür.

6. Civzələr və qara nöqtələrin qarşısının alınması. İsti su bədəninizi dərindən təmizləyir və civzələrin yaranmasının əsas səbəblərini aradan qaldırır.

7. Sağlam və canlı saçlar. İsti su içmək həmçinin yumşaq və parlaq saçlara sahib olmaq üçün ən ideal vasitələrdəndir. Saç köklərindəki sinir uclarına enerji verir və bunları aktiv hala gətirir. Bu, saçlarınızın təbii canlılığının geri qazanılmasında və sağlam görünməsində olduqca təsirlidir.

8. Gur və çox saç. İsti su içərək saç köklərinə təsir etmənin bir başqa müsbət təsiri də saçlarınızın çoxalması və daha sağlam uzanmasıdır.

9. Kəpəyin yaranmasının qarşısının alınması. İsti su saç dərinizi nəmləndirəcəyi üçün dərinin qurumasının və kəpəyin yaranmasının qarşısını alır.

10. Daha çox qan dövranı və daha sağlam sinir sistemi. İsti su işməyin digər bir əhəmiyyətli faydası da əzələlərinizin və sinir sisteminizin düzgün fəaliyyət göstərməsi üçün önəmli olan qan dövranının artmasıdır. Həmçinin ətrafındakı yağ yığınını parçalayır və sinir sisteminizin daha sağlam çalışmasına yardımçı olur.

11. Həzmetmə. İsti su xüsusilə həzm üçün çox faydalıdır. Araşdırmalar yemək əsnasında və yeməkdən sonra soyuq su içilməsinin qəbul edilən qidaların tərkibindəki yağı sərtləşdirdiyini ortaya çıxarıb. Bu səbəbdən içdiyiniz bir stəkan soyuq suyu isti su ilə əvəz etsəniz, bu problemlə qarşı-qarşıya qalmazsınız. Həmçinin isti su yeməkdən sonra yaşanan həzmsizlik problemlərinə də müsbət təsir göstərir.

12. Bağırsaq hərəkətləri. İsti su bağırsaqlarınızın düzgün və sancısız fəaliyyətinə yardımçı olur. Susuzluq xroniki qəbizlik problemlərinə yol aça bilər. Bağırsaqlarda nəcisin toplanması bağırsaq hərəkətlərini də yavaşıdır. Səhərlər müntəzəm olaraq mədəniz boş halda, acqarına birstəkan isti və ya ilıq su içməyiniz tövsiyə olunur. Bu, bağırsaqlarınızda olan hər hansı qalıqları həll edər və bağırsaqlarınızın daha düzgün və ağrısız fəaliyyətinə yardımçı olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi