azia.az
azia.az

“Kolya, onunla işin olmasın...” - Brejnev sevimli kürəkənini DİN-nin iclasında təhqir edən generalı niyə bağışladı?

31-01-2022, 12:59

“Kolya, onunla işin olmasın...” - Brejnev sevimli kürəkənini DİN-nin iclasında təhqir edən generalı niyə bağışladı?
Birinci ailənin üzvü olduqdan sonra onun səlahiyyətləri heç bir çərçivəyə sığmayıb. Brejnevin qızı ilə ailə həyatı quran Yuri Çurbanovun "toxumulmazlıq” statusu sıravi vətəndaşlardan tutmuş Kreml məmurlarına qədər hamiya məlum olub. Vəzifə pillələrini ild;r;m swr’ti il’ qalxan , general-polkovnik rütbəsində SSRİ Daxili İşlər Nazirliyində nazirin birinci müavini vəzifəsini tutan baş katibin kürəkəni təkcə işlədiyi nazirlikdə deyil, digər sahələrdə də söz sahibinə çevrilib.

Sözsüz ki, Çurbanovun ötkəmliyinə qarşı kiminsə söz deməyə çürəti çatmayıb. Yalnız bir nəfər, Daxili İşlər Nazirliyində xidmət edən bir zabit nazirliyin kollegiya iclasında "böyük kürəkən”i olduqca sərt şəkildə tənqid edib.

Kim olub, bu cürətin sahibi? Brejnevin kürəkənini "yaramaz” adlandıran milis zabiti öz gələcəyini düşünməyibmi?

Sfera.az sovet dövrü ilə bağlı növbəti yazıda bu hadisənin təfərrüatlarından bəhs edəcək.
“Kolya, onunla işin olmasın...” - Brejnev sevimli kürəkənini DİN-nin iclasında təhqir edən generalı niyə bağışladı?
Yuri Çurbanov Daxili İşlər Nazirliyində ikinci şəxs olsa da, onun qeyri-rəsmi səlahəyitləri heç də nazir Nikolay Şelokovdan az olmayıb. Bu vəzifədə Çurbanovun daha bir "rahatlığı” ondan ibarət olub ki, Şelokovla Brejnevin arasında olduqca yaxın və ailəvi dostluq münasibətləri hökm sürüb. Bunula da Çurbanov nazirliyin birinci şəxsi ilə heç bir problemi və intriqası olmadan vəzifəsini öz istədiyi kimi icra edib.

Nazirlik daxilində kiminsə yüksək vəzifəyə təyinatı, kiminsə vəzifədən götürülməsi, nazirliyin büdcə məsələsi, qaranlıq işləri və digər vacib məsələlər Şelokovla Çurbanovun arasında qarşılıqlı razılaşma ilə həll olunub. Təbii ki, iki nəfərin arasında həll olunan məsələlər nazirliyin digər rəhbər işçilərinin zaman-zaman narazılığına səbəb olub, ədalətsiz qərarlar bu narazılığı daha da dərinləşdirib. Vəzfələrini itirmək qorxusu nazirliyin digər müavinlərini, baş idarə rəislərini susmağa məcbur edib. Amma nazirliyin siyasi idarəsini rəisi, general-mayor Aleksey Zazulin "təmkinini” sona qədər saxlaya bilməyib, onun kollegiyadakı gözlənilməz çıxışı partlayışa səbəb olub.

Belə ki, 1978-ci ilin noyabrın 22-də nazirliyin kollegiya iclası keçirilib. Kollegiyada nazir, nazir müavinləri, baş idarə rəisləri, o cümlədən həmin dövrdə nazir müavini olan (1981-ci ildən birinci müavin) Yuri Çurbanov da iştirak ediblər. İclasın ilk iki saatı sakit axarında keçib. Əvvəlcədən müəyyənləşdirilmiş məruzəçilər çıxış ediblər, rəqəmlər və göstəricilər haqqında iclas iştirakçılarını məlumatlandırıblar, xidmətin yüksək səviyyədə aparılmasını xüsusi vurğulayıblar.
“Kolya, onunla işin olmasın...” - Brejnev sevimli kürəkənini DİN-nin iclasında təhqir edən generalı niyə bağışladı?
Bu təriflərin arasında general-mayor Aleksey Zazulin rəyasət heyətində əyləşən nazir Şelekovdan çıxış üçün söz istəyib. Şelekov generala söz verib. İnsident də məhz bu şıxışfdan sonra başlayıb. Tribunaya qalxan Zazulin əvvəlcə özündən əvvəl çıxış edənləri qeyri-səmimilikdə ittiham edib:

- Məndən əvvəl çıxış edənlərin ifadə etdikləri statistikaya görə ölkəmizin milis orqanlarında heç bir nöqsan yoxdur. Və siz bu rəqəmləri alqışlayırsınız. Həqiqətənmi siz milis əməkdaşlarının tam qüsursuz xidmətinə inanırsınız? Bəlkə nazirlikdəki korrupsiya, rüşvət halları, bacaqrıqsız kadrların yüksək vəzifələrə təyinatını başqa qurumlar həyat keçirir? Xeyr. Bu işlərin başında duran Yuri Çurbanovdur. Çünki o özü yaramaz, qeyri-peşəkar, təsadüfi və səriştəsiz bir generaldır. Buna sizin də şübhəniz yoxdur, sadəcə, deməyə cürətiniz çatmır...

Çıxışdan sonra müşavirə zalında ölü bir sükut hökm sürüb. Hətta Nikolay Şelekov o dərəcədə şok vəziyyətə düşüb ki, ilk dəqiqələr çıxışa reaksiya vermək gücündə olmayıb. Yalnız bir neçə dəqiqədən sonra kollegiya iclasının yekunlaşdığını bildirərək zalı tərk edib.


Şelekov "tədbir”ini səhərə saxlamayıb. Elə həmin gün nazirin əmri ilə general Zazulin vəzifəsindən azad olunub. Amma Zazulin də bu əmri sakitliklə qəbul etməyib.

“Kolya, onunla işin olmasın...” - Brejnev sevimli kürəkənini DİN-nin iclasında təhqir edən generalı niyə bağışladı?

Səhərisi gün general Mərkəzi Komitəyə gedib. Brejnevlə görüşmək istəsə də, bu cəhdi baş tutmayıb. O, sözünü baş katibə çatdırmaq üçün həmin dövrdə SSRİ-nin müdafiə naziri olan Dmirtri Ustinovla görüşməyə nail olub. General yaxşı bilib ki, bir çox məsələlərdə Brejnev Ustinovu eşidir. Görüş müsbət nəticə verib. Ustinov Zazulinin yazdığı məktubu bir neçə gündən sonra baş katibə çatdırıb.

Brejnev məktuba dərhal reaksiya verib. Generalın işdən çıxarıldığının səkkizinci günü Zazulin Daxili İşlər Nazirliyinə dəvət olunub və o, öz vəzifəsinə bərpa edilib.

Maraqlıdır, qohumbazlığa xüsusi önəm verən Brejnev kürəkəninə yaramaz deyən generalı hansı səbədən müdafiə edib?

Qeyd edək ki, Moskva Hüquq İnstitutunu bitirən Zazuzlin uzun illər jurnalistika sahəsində çalışıb və bu sahədə yüksək vəzifələr tutub. Brejnev Qazaxstanda birinci katib işləyəndə Zazuzilin müttəfiq respublikanın Mətbuat Komitəsinin sədri vəzifəsində işləyib. Elə həmin illərdən də Brejnevlə Zazulin bir-birlərini yaxşı tanıyıblar. 1968-ci ildə SSRİ Daxili İşlər Nazirliyində siyasi idarə yaradılanda Zazulin Brejnevin təşəbbüsü ilə bu qurumda xidmətə dəvət olunub və beləliklə, o, SSRİ Daxili İşlər Nazirliyinin ilk siyasi rəhbəri olub.

Moskva şəhər Partiya Komitəsinin birinci katibi Viktor Qrişin öz memuarlarında Zazulinlə bağlı Brejnevlə Şelokovun söhbətini belə xatırlayıb:

“Kolya, onunla işin olmasın...” - Brejnev sevimli kürəkənini DİN-nin iclasında təhqir edən generalı niyə bağışladı?
"Şelokov baş katibin qəbuluna gələndə mən Brejnevin kabinetində idim, cari məsələləri müzakirə edirdik. Qəbul otağından Brejnevə bildirdilər ki daxili işlər naziri gəlib. O, naziri içəri çağırtdırdı. Mən kabinetidən çıxmaq istəyəndə əli ilə işarə etdi ki, əyləşim. Brejnev söhbəti uzatmadan dərhal mətləbə keçdi:

- Kolya, (Brejenv çox vaxt Şelokova belə müraciət edirdi) sən mənim xəbərim olmadan nazirliyin siyasi idarəsinin rəisini işdən azad edirsən. Nəzərə al ki, o, partiya xətti ilə nazirlikdə birinci adamdır. Bizim isə bu işdən xəbərimiz yoxdur. Elə bu gün Zazulini işinə bərpa et və ona bir daha problem yaratma. O, vicdanlı və öz işini bilən adamdır.

Bu sözlər Şelekovun ürəyincə olmasa da, nazir "oldu, Leonid İliç” deyərək kabineti tərk etdi...”

Beləliklə, 8 gün işsiz qalan, nazir tərəfindən qovulan general Zazulin nazirin əmri ilə yenidən öz vəzifəsində xidmətini davam etdirib. Çurbanov isə qayınatası ilə bu məsələyə qayıtmağı məqsədəuyğun saymayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi