azia.az
azia.az

Ekolgiya Nazirliyinin Regional Bölməsinin müdirindən sesasion səs yazısı-İşçi verdiyi “rüşvət”i qaytara bilmir

26-04-2019, 17:32

Ekolgiya Nazirliyinin Regional Bölməsinin müdirindən sesasion səs yazısı-İşçi verdiyi “rüşvət”i qaytara bilmir
Azia.az-n redaksiyasına Ağdaş rayon Qaraoğlan kənd sakini tərəfindən şikayət daxil olub. Şokayətçi Abdullayev Orxan Bəhruz oğlu bildirir ki, yaşadığı ərazi üzrə meşə gözətçisi Nofəl, onun işə düzəltmək adı altında 1500 manat pulunu alıb. “Bəli, pulumu aldı məni işə düzəltdi”-deyə Abdullayev Orxan Bəhruz oğlu bildirdi. Nə az, nə çox düz iki ildən sonra Ramin Lətifov aşağı vəzifədə işlədiyi idarəyə müdir təyinatı alır. Müdir olan kimi şikayətçini işdən çıxardır. Bildirir ki, sənin adın idarədə fəhlə kimi qeydiyyata alınsa da, bir gün belə işdə olmamısan. Bizimlə telefonla danışan zaman Ağdaş meşə idarəsinin müdiri özü də təsdiq edir ki, bu adam iki il kartı cibində gəzən işçi olub Həmçinin adı idarədə olub işçi kimi qeydiyyata alınan digər işçilərə də Ramin Lətifovun xəbərdarlıq ediyi verilən məlumatlar sırasındadır. Bu hərəkət vətəndaşı məyus edir. Vətəndaş işə girəndə “rüşvət” şəkilində verdiyi pulun qaytarılması tələbini müdriyyətin qarşısında qaldırır. Lakin, bu tələbə məhəl qoyulmur. İdarənin sabiq rəisi Cahid Dadaşov məsələyə müdaxilə edir və işçidən alınan pulun qaytarılmasını, həmçinin məsələnin böyüməməsini tapşırır. Qeyd edək ki, Cahid Dadaşov elə həmin ərəfədə yeni yaradılmış Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinə rəis təyi olunur. Bu minvalla pulun yarısı qaytarılır, qalan hissəsi isə bu günə kimi qaytarılmamış qalır.
Rdaksiya olaraq materialda adı hallanan Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Cahid Dadaşovla əlaqə saxladıq. Cahid Dadşov sensasiya doğuracaq faktı təsdiq etdi.
P.S. Redaksiya olaraq adıçəkilən idarədə adı olub özü olmayan işçilərin illərlə idarənin balansında saxlanılması, büdcəyə külli miqdarda vurulmuş ziyanı təsdiqləyir. Bu isə qanunvericilikdə dövləti cinayət hesab olunur.. Biz isə mətbu orqanı olaraq materialı araşdırılması üçün hüquq-müfafizə orqanlarına ünvanlayırıq. Səs yazısını təqdim edirik:
Azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi