Cavanşir Feyziyevə qarşı Vergilər Nazirliyi cinayət işi aça bilərmi? - GƏLİŞMƏ
“Azərbaycanda qanunvericiliklə vergi deklorasiyası mütləq tətbiq olunmalıdır. Artıq bir neçə ildir bununla bağlı qərarlar verilib, amma bu günə qədər də tətbiq olunmayıb”.
Bu sözləri müstəqil iqtisadçı ekspert, REAL Partiyasının icraçı katibi Natiq Cəfərli deputat Cavanşir Feyziyevin
Azərbaycanda tez-tez hansısasa məmurun milyonlarla manat dəyərində əmlak alması barədə məlumatlar dərc olunur. Bundan əvvəl bir çox məmurların, misal üçün Şüşanın icra hakimiyyətinin baçısı Bayram Səfərovun bir neçə milyon manata mülk alması ilə bağlı məlumat yayılmışdı. Dünən isə deputat Cavanşir Feyziyevin hazırda həbsdə olan Hüseyn Abdullayevdən 10 milyona əmlak alması ilə bağlı məlumat yayılıb.
Qeyd edək ki, bu barədə sənədlər “Quska” ləqəbli iş adamı, sabiq deputat Hüseyn Abullayevin məhkəməsində üzə çıxıb. İstintaq zamanı müəyyən olunub ki, deputat Cavanşir Feyziyev bir neçə il əvvəl “Quska”dan dəyəri 10 milyonlarla ölçülən obyekt alıb. Belə ki, 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb. Maraqlıdır ki, ilk mərhələdə obyekt 3 fərqli adamın adına alınıb. Onlar Sücəddin Kərimov, Yelizaveta Əlizadə və məşhur müğənni Gülyaz Məmmədova olublar. Hər üç şəxsi notariusda etibarnamə ilə başqa adamlar təmsil edib. Etibarnamə ilə çıxış edib alqı-satqı müqaviləsinə imza atanlardan biri də “Avromed”in şöbə rəisi Dadaş Rzayevdir. Daha sonra həmin şəxslər milyonluq obyekti C.Feyziyevin oğlu Orxanın adına keçiriblər. Məsələ ilə bağlı deputat Cavanşir Feyziyev də istintaqa cəlb olunaraq bu hadisə barədə şahid qismində dindirilib.
Bu sxemin əslində vergidən yayınma və çirkli pulların yuylması üçün təşkil olunması şübhə doğurur. Feyziyev deputat olmazdan əvvəl iş adamı olub. Ancaq onu da bilirik ki, Azərbaycanda rəsmi olaraq milyoner də yoxdur. Böyük ehtimalla deputat Feyziyev həmin 10 milyonluq gəlirin də vergisini dövlətə ödəməyib. Yəni faktiki olaraq Cavanşir Feyziyev milyonerdir, lakin onun bu milyonları rəsmi qeydiyyatda deyil. Bu üzdən Cavanşirin Feyziyevin minimum 5 il müddətində vergidən yayınması da ortadadır.
Problemin bir tərəfi də onbdan ibarətdir ki, Azərbaycanda məmurlartın və deputatların “Gəlir deklarasiyası” haqqında qanun işləmir. Bu qanunun işləməsi də ölkədə qeydiyyatda olmayan çoxlu sayda sərvətin olmasına imkan yaradır. Yəni əgər qanun işləsəydi və Cavanşir Feyziyev, ya da Bayram Səfərov gəlir deklarasiyasında həmin mənzili, ya da mülkü qeyd etməsəydi, indi qanun qarşısında cavab verməliydi.
Qeyd edək ki, bu kimi hallar Azərbaycanda kütləvi hal kimi qəbul oluna bilər. Yəni Azərbaycanda 100-lərlə qeyri rəsmi milyoner və bəlkədə milyarderlər var ki. Onlar vergidən yayınırlar.
PİA.az bu mövzu ilə bağlı müstəqil iqtisadçı ekspert, REAL Partiyasının icraçı katibi Natiq Cəfərlinin fikirlərini öyrənib.
Problemlə bağlı ekspert PİA.az-a açıqlamasında bildirib ki, bu sahədə son vaxtlar müəəyən dəyişikliklər və irəliləyişlər olsa da, ümumilikdə problem qalmaqdadır. Natiq Cəfərli qeyd edib ki, bu sahədə Vergilər Nazirliyinin görəcəyi çox işlər var.
PİA.az müsahibəni təqdim edir:
- Natiq bəy, Vergilər Nazirliyinin kölgə iqtisadiyyatına qarşı mübarizə apardığını söyləməsinə rəğmən, belə halların önləməməsini və açıq şəkildə qeyri rəsmi milyonerlərin vergidən yayınma hallarının qarşısının alınmamısını dəyərləndirmək olar? Demək olarmı ki, Azərbaycanda kölgə iqtisadiyyatının bu şəkildə inkişaf etməsinə səbəb olan əsas qurumlardan biri və birincisi Vergilər Nazirliyidir, çünki qurum buna göz yumur?
- Əslində, bu hadisənin nə vaxt baş verdiyini nəzərə alsaq, o dövrdə Azərbaycanda vergilər sisteminin bir az fərqli çalışdığını qeyd etmək lazımdır. Son vaxtlarda müəyyən dərəcədə irəliləyişlər var. Amma Azərbaycanda rəsmi milyonçuların olmaması, ümumiyyətlə, Azərbaycanda rəsmi gəlir deklorasiyası institutunun formalaşmaması birbaşa bütün hökumətin, o cümlədən Vergilər Nazirliyinin məsuliyyətindədir. Çünki Azərbaycanda qanunvericiliklə vergi deklorasiyası mütləq tətbiq olunmalıdır.
Artıq neçə ildir bununla bağlı qərarlar verilib, amma bu günə qədər də tətbiq olunmayıb. Deməli, tətbiq olunmursa, buna həmin aidiyyatı dövlət qurumları cavabdehdir ki, nəyə əsasən bu günə qədər belə bir deklorasiyanın verilməsi gecikdirilir.
Bu mənada, Vergilər Nazirliyinin görəcəyi çox işlər var.
Azərbaycanda kölgə iqtisadiyyatının həcmi, hətta beynəlxalq araşdırmalara görə, ən azından 50-55% civarındadır. Hətta bu, beynəlxalq araşdırmaların nəticəsidir. Mən deyərdim ki, bundan da çoxdur. Çünki beynəlxalq araşdırmaları, əsasən, statistik göstəricilərlə hesablamağa üstünlük verirlər. Alternativ hesablamalar aparılmır, bunun üçün Azərbaycanda şərait yoxdur. Ona görə də, mən düşünürəm ki, Azərbaycanda kölgə iqtisadiyyatı problemi çox böyük bir məsələdir. Bununla bağlı müəyyən ölçülər var və təqribən 55-60% civarında kölgə iqtisadiyyatının olması ehtimalı yüksəkdir. Burada Vergilər Nazirliyinin üzərinə artıq böyük bir məsuliyyət düşür ki, bu məsələnin həllində daha ciddi və daha radikal addımlar atsınlar və bu məsələnin həlli yolunda, əgər müəyyən siyasi və hüquqi maneələr varsa, bunların aradan qaldırılması ilə bağlı tədbirlər görsünlər.
- Hazırda Feyziyevlə yaranmış vəziyyətlə bağlı Vergilər Nazirliyi cinayət işinə başlaya bilərmi?
- Vergilərlə bağlı qanunvericilikdə zaman aşınması müddəti də var. Yəni 3 il zaman kəsimində Vergilər Nazirliyi bununla bağlı müəyyən addımlar atmalıdır. Əgər bu zamanla kəsimində addımların atılması məsələsi həll olunmayıbsa, bu artıq yeni bir yoxlama müddətinin başlanması, yəni yenidən yoxlamaların aparılmasına və keçmişi də nəzərə alaraq indiki dövrlə bağlı həmin şəxsin bütün gəlirlərinin araşdırılması ilə bağlı qərar verilə bilər və bu zaman təbii ki, qanunvericilik imkan verir ki, cinayət işinin açılması ilə bağlı addımlar atılsın.
- Vergilər Nazirliyi Azərbaycanda gizlədilən sərvətləri araşdırsa, ortaya hansı mənzərə çıxar?
- Bunu indidən demək çox çətindir. Çünki hansı qərarların veriləcəyini bilmirəm. Amma böyük məbləğlərin ortaya çıxacağı heç kimdə şübhə doğurmur.