azia.az
azia.az

Azərbaycanda işsizlərə ŞAD XƏBƏR - əmək haqqı veriləcək

30-01-2019, 12:54

Azərbaycanda işsizlərə ŞAD XƏBƏR - əmək haqqı veriləcək
Azia.az xəbər verir ki, bu sözləri DOST İş Mərkəzinin direktoru Niyazi Rəhimov "İşsizin DOST"u proqramının icrasına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
"16 min işsiz şəxsin məlumatları DOST İş Mərkəzi tərəfindən emal olunmaqdadır və onlara yaxın müddətdə əmək haqqı veriləcək. İşsizliklə mübarizə çərçivəsində bir çox layihə həyata keçirilir və bu da onlardan biridir. İş axtaran əməkdaşlar yerli icra orqanlarına müraciət edir və orada növbəyə durur".
N.Rəhimov qeyd edib ki, DOST İş Mərkəzinin məqsədi ölkə ərazisində, xüsusilə regionlarda iş axtaran vətəndaşlara ictimai işlərə cəlb olunmasıdır. "İctimai işlər əsasən xüsusi bacarıq tələb etməyən işlərdir. Burada sosial yönümlü, ictimai tədbirlərdə iştirakdan, abadlıq işlərində iştirakdan gedir. Bu işlərdə şəxslərə əmək haqqı ödəniləcək. Burada iş axtaran insanlar müvəqqəti işlə təmin olunur. Bu, işsizliklə mübarizədir, digər tərəfdən ictimai faydası olan tədbirdir".
Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi