Təhsil haqlarının 80 faizi əmək haqqı fonduna yönəlir" - Nazir
"Ali təhsil məktəblərinə mədaxil olan gəlirlərin 80%-i müəllimlərin (pedaqoji heyətin) əmək haqqı fonduna yönəlir".
Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov tələbə kreditlərinin təqdimatında deyib. Nazirin sözlərinə görə, il ərzində ali məktəblərə bütövlükdə təhsil haqqı kimi daxil olan təxminən 100 manat vəsaitin 80 manatı müəllim, professorların əmək haqqı ödənişinə yönəlir: "Ancaq ali məktəblər arasında bu rəqəm dəyişə də bilər. Vəsaitin digər faizləri hesabına isə ali təhsil müəssisələrinin əsaslı təmir, maddi texniki bazasının maliyyələşdirilməsi və digər işlər həyata keçirilir. Belə olduğu halda, yəni ali məktəblərin gəlirləri az olduǧu halda bizim bu tələbə krediti təşəbbüsünə qoşulan ali məktəblər sosial təşəbbüsdə iştirak edərək tələbələrinə təhsillərini davam etdirməsi imkanı yaradırlar".