azia.az
azia.az

SOCAR: "7 min 541 nəfər müvəqqəti işlə təmin edilib"

2-03-2016, 20:26

SOCAR: "7 min 541 nəfər müvəqqəti işlə təmin edilib" SOCAR-da və onun birgə müəssisələrində 7 min 541 nəfər müvəqqəti işlə təmin edilib.

azia.az Gün.Az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionlarda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi üçün işsiz vətəndaşların haqqı ödənilən ictimai işlərə cəlb olunması haqqında tapşırığının icrası ilə əlaqədar ölkənin ən böyük dövlət şirkəti olan SOCAR-da da məqsədyönlü işlər aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə respublikanın bütün ərazisini əhatə edən bu genişmiqyaslı layihə uğurla həyata keçirilir. Regionlarda yaranmış əlavə iş həcmləri araşdırılıb, həmin işlərin icra olunması ilə bağlı işçi sayı müəyyənləşdirilib və müddətli vakansiyaların rayonlar üzrə bölgüsü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub.
Layihə çərçivəsində işə qəbul edilənlərlə müqavilə nazirliyin regionlardakı Məşğulluq Xidmətlərinin göndərişləriəsasında həyata keçirilir.
Vakansiyalar əsasən, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi, “Qaz İxrac” və Nəqliyyat idarələrini, eləcə də şirkətin təsisçiliyi ilə yaradılan Alyansları, Birgə Müəssisələri və Əməliyyat Şirkətlərini əhatə edib. Bu il martın 1-ə kimi SOCAR üzrə ümumilikdə 7 min 541 nəfər, o cümlədən “Azəriqaz” İB üzrə 5 min 357, “Qaz İxrac” idarəsi üzrə 960, Nəqliyyat İdarəsi üzrə isə 283 nəfər müvəqqəti işlə təmin olunub.
SOCAR üzrə ümumi işlə təmin olunan 7 min 541 nəfərin 941-i Alyans, Birgə Müəssisə və Əməliyyat Şirkətlərinin payına düşüb. Demək olar ki, ölkənin bütün rayon və şəhərlərini əhatə edən bu işəgötürmə kampaniyası zamanı Bakının Qaradağ rayonu (432 nəfər), Gəncə şəhəri (269 nəfər), Şəmkir (250 nəfər), Masallı (237 nəfər), Lənkəran (235 nəfər), Salyan (225 nəfər), Bərdə (221 nəfər), Cəlilabad (221 nəfər) rayonları iş həcmləri və qəbul edilən müvəqqəti işçilərin sayı baxımından daha çox fərqləniblər.
Ölkə iqtisadiyyatının dinamik inkişafına daim mühüm töhfələr verən SOCAR bundan sonra da əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması istiqamətində fəaliyyətini davam etdirəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi