azia.az
azia.az

İki gün keçirilməyən dərslər necə tənzimlənəcək? - AÇIQLAMA

21-01-2019, 11:05

İki gün keçirilməyən dərslər necə tənzimlənəcək? - AÇIQLAMA
Azia.az xəbər verir ki, Hava ilə əlaqədar olaraq məktəblərdə dərs proqramları növbəti həftələrdə kompensasiya ediləcək.

Bu sözləri Azia.Az-a təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, paytaxtda kəskin hava dəyişikliyi ilə bağlı iki gün təhsil müəssisələrinin fəaliyyəti dayandırılmışdı:

“Şagird və tələbələrin iki gün proqramdan geri qalmaları nəzərə alınacaq. Bu, dövlət tərəfindən verilən sərəncam olduğu üçün bütün qurumlar müvafiq təlimatlara uyğun addım atıblar. Keçirilməyən dərslər gələn həftənin dərs cədvəlinə əlavə edilərək kompensasiya ediləcək. İki gün tədris prosesinin dayanması şagirdlərin qış tətili üçün hesablanan günlərinə heç bir təsir göstərməyəcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi