azia.az
azia.az

Prezident icra başçısını təltif etdi

19-12-2018, 11:03

Prezident icra başçısını təltif etdi
Prezident İlham Əliyev Gülağa İslamovun 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AZİA.AZ xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Gülağa Bayram oğlu İslamov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, dekabrın 19-da Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun 70 yaşı tamam olur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi