Prezident Azər Qasımova orden verdi
Prezident İlham Əliyev Azər Məhəmməd oğlu Qasımovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Lent.az-ın president.az-a istinadən xəbərinə görə, A. Qasımov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, A. Qasımov 2004-cü ildən Azərbaycan prezidentinin mətbuat katibidir.