azia.az
azia.az

Yasamalın icra başçısı işdən çıxarıldı - Sərəncam

1-07-2017, 16:30

Yasamalın icra başçısı işdən çıxarıldı - Sərəncam


Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edilib.

azia.az bu barədə prezidentin rəsmi saytına istinadən xəbər verir.
İlham Əliyev müvafiq sərəncam imzalayıb.Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

İbrahim Əsgər oğlu Mehdiyev Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
Qeyd edək ki, İ.Mehdiyev 2000-2006-cı illərdə Xətai rayon İcra Hakimiyyətinin başçısı, 2006-cı ildən bu günədək isə Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

2016-cı ildə “Şöhrət” Ordeni ilə təltif olunub. 1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi