azia.az
azia.az

Ukraynada azərbaycanəsilli məmur Kiyev vilayətinə rəhbər təyin olunub

Bu gün, 08:34

Ukraynada azərbaycanəsilli Timur Tkaçenko (Məmmədov) Kiyev vilayətinə rəhbər təyin olunub.

Xəbər verilir ki, bununla bağlı Ukrayna Nazirlər Kabineti Prezident Volodimir Zelenskinin təqdimatını təsdiqləyib.


T. Tkaçenko Ukraynada Azərbaycan diasporunun fəallarından olmuş Firudin Məmmədovun oğludur.

Qeyd edək ki, 1989-cu il avqustun 18-də Kiyevdə anadan olan T.Tkaçenko bundan əvvəl Strateji Sənayelər Nazirliyində nazir müavini vəzifəsini tutub, daha sonra Kiyev Şəhər Hərbi Administrasiyasına rəhbərlik edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi