azia.az
azia.az

Atasının 85 baş qoyununu oğurlayn oğul Xırdalan şəhərində tapıldı-VİDEO

Bu gün, 11:41

85 baş qoyunla yoxa çıxan Salyan sakininin atasından AÇIQLAMA - VİDEO

Oğul atasının 85 baş qoyununu oğurlayıb. Atası qoyunları Xırdalan şəhərindən tapıb.

Ölkə.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Salyan rayonunun  Qırxçıraq kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 26 yaşlı  Ramiz  Rüstəmov özlərinə məxsus 85 baş qoyun-quzunu otarmaq üçün örüş sahəsinə aparsa da, geri qayıtmayıb. Valideyni ondan şübhələnərək hərəkətə keçib.

Yaxınlarının bildirdiyinə görə, hadisə iki gün əvvəl baş verib və gəncdən həmin vaxtdan etibarən heç bir xəbər almaq mümkün olmayıb.  Ötən gün isə Təsərrüfat sahibi Xırdalanda qəssabxanaların birinə gedərək qoyunlarını tanıyıb.

Ailə üzvləri bildirir ki, bundan əvvəl də övladları bir neçə dəfə eyni hadisəni törədib və sonradan evə qayıdıb. Amma bu dəfə övladlarının da yoxa çıxması onların təşvişinə səbəb olub.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyən edilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi