azia.az
azia.az

"Barselona"da ulduz futbolçu ilə baş məşqçi arasında problem

Bu gün, 08:33

"Barselona" klubunda baş məşqçi ilı ulduz futbolçunun münasibətləri pisləşib.

Offsideplus.az xəbər verir ki, Hansi Flik ilə komandanın yarımmüdafiəçisi Frenki de Yonq arasında ciddi gərginlik yaşanır. Cütlük arasındakı münasibətlərin tamamilə pozulduğu bildirilir.

Problemin kökü Çempionlar Liqasında "Atletiko Madrid"ə qarşı keçirilən cavab oyununa dayanır. Həmin matçdan öncə həkimlərdən oynaya biləcəyinə dair yaşıl işıq alan niderlandlı futbolçu Flikin onu ilk 11-likdə meydana buraxmaq və 60 dəqiqə şans vermək istəyinə qarşı çıxıb. De Yonq alman mütəxəssisə: "Risk etmək istəmirəm" - deyərək oynamaqdan imtina edib.

Bu addımdan sonra Flik futbolçuya olan inamını tamamilə itirib və artıq gələcək planlarında ona yer vermir. Kataloniya klubu hələ ki niderlandlı yarımmüdafiəçinin dizində tibbi müayinələr aparmayıb.

Lakin iddialara görə, De Yonq komandadan ayrılmağa və transferini məcburən reallaşdırmağa çalışdığı üçün müayinələri qəsdən gecikdirir.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi