azia.az
azia.az

QIRICILARIMIZ HAVAYA QALXDI-RƏSMİ AÇIQLAMA

Bu gün, 09:00

23 iyul tarixində Azərbaycan Hərbi Hava Qüvvələrinin təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq aviasiya vasitələri ilə təlim-məşq uçuşları icra edilib.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

“Təlim uçuşları bütün təhlükəsizlik qaydalarına riayət olunaraq yerinə yetirilib”, - məlumatda bildirilib.

Qeyd edək ki, bəzi media qurumları və sosial şəbəkələrdə Quba rayonu səmasında bu gün günorta saatlarında çox aşağı məsafədən qırıcı uçduğu barədə iddia yayılıb. Bəziləri isə qırıcının guya Rusiya istiqamətindən gəldiyini düşünüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi