Aralıq dənizi Meyitxanaya döndü! Miqrantların Çürümüş Bədənləri Sahillərə Vurur.
Dərmə-deşik qayıqlara minərək Aralıq Dənizi aşıb Avropaya çatmağa nail olmağı sınayan qaçqınların, çürümüş cəsədləri Liviya sahillərinə vurdu. Son iki gündə çıxarılan cəsəd sayı isə 24-dür.
azia.az xəbər verir ki, Reuters xəbər agentliyinin məlumatına görə, son bir neçə gündə 9 minə yaxın miqrantın salamat sahilə çıxardığı Aralıq Dənizdə, boğularaq can verən bədbəxt bədənlər isə yavaş-yavaş sahilə vurmağa başladı.
Son üç gündə azad edilənlər arasında tək başına yerləşən üç aylıq bir körpə də var.
IOM, keçən həftə verdiyi bəyanatda yeni ildən 21 İyuna qədər Dənizdən Avropaya 84 min qaçqınının çatdığını, 2 min 108 qaçqınının səyahət zamanı öldüyünü bildirmişdi. Ötən ilin eyni dövründə 216 min qaçqın Avropaya çatmış və 2 min 911 qaçqın həyatını itirmişdi.
5 mindən artıq miqrantın Aralıq Dənizdə boğulduğu 2016, ən ölümcül il olaraq yadda qaldı. Avropaya çatmağa çalışan miqrantların çoxu Afrika ölkələri və vətəndaş müharibəsinin davam etdiyi Suriya və İraqdandır.
Nargül Qələndərli